17 Aprel 11:08 Yunanıstan yığmamızla oyundan imtina etdi
FUTBOL xəbərləri 17 Aprel 11:08
347 baxış

Yunanıstan yığmamızla oyundan imtina etdi

20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının mayda keçiriləcək yoldaşlıq oyunları ilə bir dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, mayın 16-da Bakıda Yunanıstan yığmasına qarşı keçirilməsi nəzərdə tutulan oyun baş tutmayacaq.

 

Buna Ellada təmsilçisinin Rəşad Sadıqovun baş məşqçisi olduğu yığmamızla görüşməkdən imtinası səbəb olub. AFFA yığmamızın həmin gün qarşılaşması üçün başqa rəqib də tapıb. Komandamız Gürcüstanın U-20 yığması ilə üz-üzə gələcək.

 

Qeyd edək ki, yığmamız mayın 24 və 27-də Bakıda Makedoniyanın U-21 yığması ilə yoxlama oyunu keçirəcək.

 

Mənbə: affa.az

Xəbər lenti