16 Dekabr 12:57 Zidan: Onu çox bəyənirəm
FUTBOL xəbərləri 16 Dekabr 12:57
1217 baxış

Zidan: Onu çox bəyənirəm

“Real”ın baş məşqçisi Zinəddin Zidan “Liverpul”un futbolçusu Məhəmməd Salah haqda danışıb. Apasport.az saytı xəbər verir ki, o, misirli yarımmüdafiəçi barədə müsbət fikirlər səsləndirib.

 

Zidan Salahın oyununu çox bəyəndiyini bildirib: “Əla futbolçudu. O, bunu hələ “Roma”da olarkən isbatlamışdı. İndi isə “Liverpul”da özünü yaxşı tərəfdən göstərir. Salah gəncdi və getdikcə daha da inkişaf edir. Onu çox bəyənirəm və çıxışını yüksək qiymətləndirirəm”.

 

Qeyd edək ki, Salahın adı xarici mətbuatda “Real”la birgə hallanmaqdadı. 

Xəbər lenti

Xəbər lenti