21 Aprel 21:36 “Zirə” “10”a çatdı
FUTBOL xəbərləri 21 Aprel 21:36
359 baxış

“Zirə” “10”a çatdı

“Zirə”nin qələbəsiz oyunlar seriyası 10-a çatıb. Apasport.az saytının məlumatına görə, XXIV turda “Keşlə”yə 1:2 hesabı ilə uduzan Ayxan Abbasovun komandası 2018-ci ildə qələbə nə olduğunu bilmir.

 

Zirənin eyniadlı komandası sonuncu dəfə XIV turda qalib gəlib. 2017-ci il dekabrın 3-də “Səbail”lə səfər matçında 1:0 hesabına sevinən Abbasovun komandası sonrakı 10 görüşdə 5 heç-heçə edib və eyni sayda məğlubiyyət alıb.

 

Qeyd edək ki, “Zirə” son 10 turda “Sumqayıt” (1:1), “Qəbələ” (1:2, 1:1), “Neftçi” (1:1, 0:3), “Keşlə” (1:2, 1:2), “Qarabağ” (0:2), “Səbail” (1:1) və “Kəpəz”lə (0:0) qarşılaşıb.

 

Xəbər lenti