[b]“Zirə”də müdafiəçi problemi: Bum və Matey oynamayacaq[/b]
18.08.2017 - 12:28
[b]“Zirə”də müdafiəçi problemi: Bum və Matey oynamayacaq[/b]

Azərbaycan Premyer Liqasının II turunda “Kəpəz”in qonağı olacaq “Zirə” oyuna itkilərlə çıxacaq. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi bu görüşdə iki futbolçusunun xidmətindən yararlana bilməyəcək.

 

Söhbət Jozef Bum və Qabriel Mateydən gedir. Həm kamerunlu, həm də rumıniyalı müdafiəçi zədəsini yeni sağaldıb. Həftənin əvvəlində, ümumiyyətlə, məşq etməyən Bum və Matey hazırda yalnız fərdi hazırlıqla kifayətlənirlər. Kollektivlə məşqlərə qatılmayan futbolçular haqda son qərarı həkimlər verəcəklər. Bununla belə, adıçəkilən müdafiəçilərin Yevlax səfərində “Zirə”yə kömək edəcəyi inandırıcı görünmür.

 

Bum və Matey III turda “Sumqayıt”la görüşə kimi hazır olacaqlar.

 

Qeyd edək ki, avqustun 20-də Yevlaxda keçiriləcək “Kəpəz” – “Zirə” matçı saat 17:00-da start götürəcək.

0