[b]İslamiada: Millimiz finalda![/b]
20.05.2017 - 22:11
[b]İslamiada: Millimiz finalda![/b]

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında kişi voleybolçuların yarışında yarımfinal oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, final uğrunda millimiz də mübarizə aparıb.

 

A qrupunu lider olaraq bitirən yığma komandamız B qrupunun ikincisi Əlcəzairlə üz-üzə gəlib. Keçirdiyi 4 oyunun hamısında qələbə qazanan komandamız həlledici oyunda qələbəyə sevinib.

 

Fərid Cəlalovun komandası ilk setdə çətinlik çəksə də, ikinci seti rahat qazanıb. Sonrada ərəblər fərqi azaltsa da, komandamız qonaqlara ümidlənməyə imkan verməyib, son setdə də qələbə qazanan yığmamız finala yüksəlib.

 

İkinci yarımfinal görüşündə isə millimizdən sonra ikinci yeri tutan Türkiyə digər qrupun qalibi İranla qarşılaşıb. Olduqca maraqlı və gərgin keçən qarşılaşmanın qalibi cənub qonşularımız olub.

 

IV İslam Həmrəyliyi Oyunları

Voleybol, kişilər

Yarımfinal\

 

İran – Türkiyə - 3:2

 

 

Azərbaycan – Əlcəzair - 3:1 (28:26, 25:21, 20:25, 25:21)

 

Azərbaycan: 1. Vüqar Bayramov, 2. Tural Həsənli, 3. Cavid Süleymanov, 7. Emil Abdullayev, 8. Rəsul İbrahimov, 9. Pərviz Səmədov, 10. Dmitri Obodnikov, 12. Bartlomiej Lipinski, 13. Aleksey Çervyakov, 14. İvan Kazaçkov, 15. Dmitri Baranov, 16. Yusuf Ərdəm, 17. Milos Hebda, 19. Kənan Allahverdiyev.

 “Bakı Kristal Zal”

0