[b]“Simurq” təlim-məşq toplanışı qələbə ilə başa vurdu - YENİLƏNİB[/b]
24.01.2015 - 19:35
[b]“Simurq” təlim-məşq toplanışı qələbə ilə başa vurdu - YENİLƏNİB[/b]

Antalyada təlim-məşq toplanışını davam etdirən “Simurq” bu gün hazırlıq çərçivəsində son yoxlama matçını keçirib. Apasport.az saytının məlumatına görə, Zaqatala təmsilçisi Ukraynanın "Volın" klubu ilə qarşılaşıb.

 

Matçda “Simurq” 2:0 hesabı ilə qalib gəlib.

 

Bu görüşdən sonra Georgi Çixradzenin yetirmələri təlim-məşq toplanışını başa vurub və gecə saatlarnda yola çıxacaq. İki günlük istirahətdən sonra doğma arenada XIX turun hazırlıqlarına başlayacaq.

 

Qeyd edək ki, “Simurq” Türkiyədə ilk yoxlama görüşündə Qazaxıstan “Şaxtyor”una 3:1 hesabı ilə qalib gəlib, Almaniyanın “Duysburq”una (1:4) və Qazaxıstanın digər klubu “İrtış"a (0:3) böyükhesabla uduzub. Rumıniya “Astra”sı ilə matçda isə qalib müəyyənləşməyib – 0:0.

 

 

Yoxlama görüşü

21 yanvar

“Simurq” (AZƏRBAYCAN) – "Volın" (Ukrayna) - 2:0

Qollar: Rəşad Eyyubov, 18, Nicat Muxtrov, 85

0