[b]“Xəzər Lənkəran” – “Taraz” oyunu keçirilməyəcək[/b]
24.01.2015 - 13:04
[b]“Xəzər Lənkəran” – “Taraz” oyunu keçirilməyəcək[/b]

2014/15 mövsümünə Türkiyənin Antalya şəhərində hazırlaşan “Xəzər Lənkəran”ın təlim-məşq toplanışının proqramında dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, “ağ-yaşıllar”ın sabaha planlaşdırılan yoxlama oyunu baş tutmayacaq.

 

Cənublular toplanış çərçivəsində son matçında Qazaxıstanın “Taraz” klubu ilə üz-üzə gəlməli idi. Lakin “Xəzər Lənkəran” bu qarşılaşmadan imtina edib. Belə ki, klub rəhbərliyi indiyədək keçirilən 4 oyunun hazırlıq üçün yetərli olduğunu düşünərək, 5-ci matçın keçirilməməsini məqsədəuyğun sayıb.

 

Qeyd edək ki, “Xəzər Lənkəran” ilk yoxlama oyununda “Təkirdağspor”la 2:2 hesablı heç-heçəyə razılaşıb. Cənublular sonrakı görüşlərində Almaniya III Bundesliqa təmsilçisi “Kemnitser”ə (0:2), Ukrayna “Metallurq”una (1:2) və Rumıniyanın Krayova şəhərinin “Universtatya” klubuna (0:3) məğlub olub.

0