[b]“Levski”nin baş məşqçisi: “Qarabağ”la oyuna yaxşı başlamadıq[/b]
25.01.2015 - 16:22
[b]“Levski”nin baş məşqçisi: “Qarabağ”la oyuna yaxşı başlamadıq[/b]

“Oyuna yaxşı başlamadıq, lakin hər şeydən razıyam”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bolqarıstanın “Levski” klubunun baş məşqçisi Stoyço Stoev deyib.

 

O, ötən gün Antalyada “Qarabağ”la keçirilən yoxlama matçı haqda fikirlərini bildirib: “Daha sonra matçın nəticəsi bizim xeyrimizə başa çatdı. Qarşılşmanın 50-ci dəqiqəsində hesabı 3:0 etdik. Bundan sonra futbolçularımızda bir qədər arxayınlaşma oldu ki, bu da başa düşüləndi. Biz irəliyə getmək üçün çalışacağıq. Təlim-məşq toplanışının sonunda daha yaxşı çıxış edəcəyik. Biz daha sürətli oynamağı düşünürük”.

 

Qeyd edək ki, “Qarabağ” “Levski”yə 0:3 hesabı ilə uduzub.

0