[b]Samuel Eto’O yenidən A seriyasında! - FOTO[/b]
25.01.2015 - 18:48
[b]Samuel Eto’O yenidən A seriyasında! - FOTO[/b]

“Everton”un hücumçusu Samuel Eto’O yenidən İtaliya A seriyasında çıxış edəcək. Apasport.az saytının məlumatına görə, 33 yaşlı futbolçu bundan sonra “Sampdoriya”nın şərəfini qoruyacaq. 

 

Kamerunlu forvard bu gün yeni klubu ilə müqavilə imzalamamışdan əvvəl tibbi müayinədən keçib.

 

Qeyd edək ki, 2009-cu ildə “Barselona”dan “İnter”ə tranfer olunan Eto’O A seriyasında 3 mövsüm (2009-2011) forma geyinib. Daha sonra o, Rusiya “Anji”si (2011-2013), İngiltərə “Çelsi”si (2013-2014) və “Everton”unda (2014-2015) top qovub. 

0