Bilel Auaşeriya: "Heç kim "Qəbələ"dən bunu gözləmirdi" - MÜSAHİBƏ
09.05.2024 - 21:23
Bilel Auaşeriya: "Heç kim "Qəbələ"dən bunu gözləmirdi" - MÜSAHİBƏ

“Qəbələ”nin legioner Bilel Auaşeriya Apasport.az saytına müsahibə verib.

- "Qəbələ" son turda "Səbail"ə qalib gəldi. Özü də, 3 qol vurmağı bacardı. Bu görüş sizin üçün necə alındı?

Bu çox yaxşı qələbə idi. Xüsusilə də, Premyer Liqada ilk dəfə oynayan və gələcəkləri üçün yaxşı potensial nümayiş etdirən gənclər üçün. Qələbə qazandığımız üçün şadam.

- Maraqlıdır ki, "Qəbələ" qalib gələ bilmirdi. Amma Premyer Liqada sonuncu olduğunuz dəqiqləşdikdən sonra qalib gəldiniz. Demək olar ki, bəlkə təzyiq altında oynamaq çətin idi? Ona görə qalib gələ bilmirdiz?

Bu mövsümki oyunlara nəzər salsanız görərsiniz ki, yaxşı futbolla qalib gəlmək üçün bağlandığımız çoxlu oyunlar olub, amma sonda uduzmuşuq. Futbol çox faktorlu bir oyundur, amma yalnız sonda kimin qalib gəldiyini xatırlayırıq. 

- Premyer Liqada sonuncu olduğunuz dəqiqləşdi. Matçlara hansı motivasiya ilə çıxırsız? Sizi motivasiya edən nədir?

Futbol oynamaq həmişə məni motivasiya edən bir şeydir. Əlbəttə ki, bəzi məqsədlər üçün oynadığınız zaman bu, daha da çox olur, amma futbolu sevirsinizsə, ona həvəsiniz varsa, onu sevdiyiniz üçün hər zaman motivasiya tapacaqsınız. 

- Yəqin ki, Azərbaycana, "Qəbələ"yə böyük ümidlərlə, məqsədlərlə gəlmişdin və sonuncu olacağını düşünmürdün. Səncə, niyə belə oldu, komanda niyə sonuncu oldu? 

Bəli, düzdür. Təkcə mən yox, deyə bilərəm ki, heç kim “Qəbələ”nin sonuncu yeri tutacağını gözləmirdi. Futbolun sonunda meydanda baş verənlər - bu, ən vacibidir.

- Həqiqətən istedadlı futbolçu olduğunu demək mümkündür və düşünmək olar ki, sənə təkliflər olacaq. Azərbaycanda qalmaq haqda düşünürsən? Sənə Azərbaycanın başqa klublarından təklif var? Hansısa klubda oynamaq istəyərdin?

Hazırda bu haqda düşünmürəm, hələ də “Qəbələ” ilə müqaviləm var.

- Belə məsələ var ki, AFFA Azərbaycan Premyer Liqasında komandaların sayını artırmaq üçün "Qəbələ"ni də yüksək liqada saxlayacaq. Sən belə bir şey görmüsən, komanda sonuncu yeri tutur, amma Premyer Liqada qalır? Ümumiyyətlə, səncə, inanırsan ki, "Qəbələ"ni yüksək liqada saxlayacaqlar?

Bu, qərar qəbul etmək qabiliyyətinə malik olan insanlara verməli olduğunuz suallardır. Şəxsən mənim bir futbolçu kimi diqqətim ancaq futbol oynamaqdır.

- "Qəbələ"də qalıb, Birinci Liqada oynamaq istəyərdin? Amma məlumat var ki, "Qəbələ" birinci liqada olarsa, bütün legionerlərlə yollar ayrılacaq.

Hələ qarşıda 3 oyun var və mən bu barədə düşünmürəm. O zaman bu sualın cavabının necə olacağını görəcəyik.

0