NBA-da yarımfinalçılar bəlli olub
20.05.2024 - 12:26
NBA-da yarımfinalçılar bəlli olub

Milli Basketbol Assoasiyasında (NBA) yarımfinala yüksələn bütün komandalar müəyyənləşib.

Apasport.az xəbər verir ki, son yarımfinalçı “Minnesota Timbervulvz” olub. Bu komanda seriyanın yeddinci oyununda “Denver Naggets”i (98:90) məğlub edərək 1/2 finala adlayıb. Minnesota təmsilçisinin bu mərhələdəki rəqibi “Dallas Maveriks” olacaq.

Yarımfinal mərhələsinin digər matçında isə “Boston Seltiks” və “İndiana” münasibətlərini aydınlaşdıracaq.

Qeyd edək ki, bu cütün görüşləri mayın 22-də start götürəcək.

0