“Azəryol”la oyun öncəsi inamlı qələbə
26.01.2015 - 11:44
“Azəryol”la oyun öncəsi inamlı qələbə

Qadın voleybolçular arasında Fransa çempionatında XIII turun oyunları təşkil olunub. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının qrup mərhələsində “Azəryol”un rəqibi olan “Nant” “St-Rafel”lə üz-üzə gəliblər.

 

Qarşılaşma Nant təmsilçisinin asan qələbəsi ilə yekunlaşıb – 3:0 (27:25; 26:24; 25:22). Bu qələbə rəqibimizin 3-cü yeri qorumasına səbəb olub. Aktivində 29 xalı olan “Nant” lider “Kann”dan 8 xal geri qalır.

 

Qeyd edək ki, “Nant” Çempionlar Liqasının son turu çərçivəsində “Azəryol”u qəbul edəcək. Görüş yanvarın 28-də keçiriləcək.

0