“Qarabağ”la oyunda anlaşmamız yüksək səviyyədə idi” - FOTO
27.01.2015 - 17:12
“Qarabağ”la oyunda anlaşmamız yüksək səviyyədə idi” - FOTO

“Qarabağ”la görüş həm oyun, həm nəticə baxımından uğurlu alındı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bolqarıstanın “Levski” klubunun futbolçusu Roman Proxazka deyib.

 

26 yaşlı slovakiyalı yarımmüdafiəçi Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışı çərçivəsində Azərbaycan çempionu “Qarabağ”la baş tutan yoxlama oyunundan danışıb: “Meydanda bir-birimizlə anlaşma yüksək səviyyədə idi. Hazırlıq prosesində üzərində çalışdıqlarımızın hamısını ortaya qoymağa çalışırdıq. Düşünürəm ki, bunu da bacardıq. Lakin bununla kifayətlənməməliyik. Hələ üzərində işləməli olduğumuz bir sıra elementlər var. Bunun üçün vaxtımız da var”.

 

Qeyd edək ki, “Levski” “Qarabağ”la qarşılaşmada 3:0 hesabı qalib gəlmişdi.

0