Portuqaliya çempionatının ən yaxşısı bəlli oldu
27.01.2015 - 22:19
Portuqaliya çempionatının ən yaxşısı bəlli oldu

Portuqaliya çempionatının dekabr ayı üçün ən yaxşı futbolçusu bəlli olub. Apasport.az saytının məlumatına görə, bu, “Portu”nun hücumçusu Cekson Martinesdi.

 

İkinci yeri “Penafiel”in oyunçusu Vitor Brunu tutub. “Benfika”nın futbolçusu Nikolas Qaytan isə üçüncü olub.

 

Qeyd edək ki, Cekson Martines dekabr ayında 3 matçda forma geyinib və ölkə çempionatında 3 qola imza atıb. Ümumilikdə isə o, cari mövsümdə rəqib qapılarından 14 top keçirərək, bombardirlər siyahısında lideliyini davam etdirir.

0