[b]“Qarabağ”a məğlubiyyətə görə xəcalət çəkməməliyik”[/b] - FOTO
28.01.2015 - 10:12
[b]“Qarabağ”a məğlubiyyətə görə xəcalət çəkməməliyik”[/b] - FOTO

“Qarabağ”a 0:2 hesabı ilə uduzduğumuzdan, yaxşı oynadığımızı söyləmək çətindi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Polşanın “Legiya” klubunun futbolçusu Bartolomey Kalinkovski deyib.

 

21 yaşlı yarımmüdafiəçi Türkiyənin Antalya şəhərində Azərbaycan çempionu “Qarabağ”a qarşı keçirilən yoxlama oyunu haqda fikirlərini açıqlayıb. Kalinkovski 0:2 hesablı məğlubiyyətə görə, o qədər də üzülmədiyini bildirib: “Qarşılaşmanın ikinci yarısında daha çox müdafiə olunurduq. Bu da Avropa Liqasının qarşıdakı oyunlarına hazırlıq baxımından əhəmiyyət kəsb edirdi. Çünki həmin yarışda müdafiədən də oynamalı olacağıq. Həm də heyətimizdə gənclər oynayırdı. Əsas komandada debüt edənlərimiz də oldu. Düşünürəm ki, bu məğlubiyyətə görə xəcalət çəkməməliyik. Amma yenə də buraxılan qollar təəssüf doğurur. Lakin hazırlıq prosesi davam edir və daha yaxşı olacağına əminəm”.

 

Qeyd edək ki, “Legiya” Avropa Liqasının 1/16 final mərhələsində Hollandiyanın “Ayaks” klubu ilə qarşılaşacaq.

0