"Niyə onu bu qədər tənqid edirsiz?" - FOTO
28.01.2015 - 14:12
"Niyə onu bu qədər tənqid edirsiz?" - FOTO

Fransa yığmasının keçmiş futbolçusu, hazırda Madrid “Real”ının ikinci komandasını çalışdıran Zinəddin Zidan həmyerlisi Kərim Benzemaya dəstək olub. Apasport.az saytının məlumatına görə, “Zizu” 27 yaşlı hücumçunu tənqid edənləri anlamadığını bildirib.

 

Benzemanın yaxşı futbolçu olduğunu deyən Zidan azarkeş və futbol mütəxəssislərinə səslənib: “Niyə Benzemanı bu qədər tənqid edirsiz? Səbəbini tapmağa çalışıram, amma bacarmıram. Hər oyuna motivasiya ilə çıxır, komanda yoldaşları ilə meydanda yaxşı anlaşır, aqressiv və istəkli oynayır. Daha nə etməlidi? Maraqlıdı ki, bütün bunların müqabilində ona təzyiqlər edilir. Azarkeşlərin və futbol mütəxəssislərinin nə istədiklərini anlamıram”.

 

Qeyd edək ki, 2009-cu ildən “Real”ın formasını geyinən Benzemanın “kral klubu”ndan ayrılacağı haqda yenidən xəbərlər yayılıb.

 

 

0