“Çelsi” Xuan Kuadradonun keçidini həll etdi
31.01.2015 - 01:00
“Çelsi” Xuan Kuadradonun keçidini həll etdi

“Çelsi” “Fiorentina”nın yarımmüdafiəçisi Xuan Kuadradonu transferini həll edib. Apasport.az saytının məlumatına görə, 26 yaşlı futbolçu bu gün “zadəganlar”ın sahibi Roman Abramoviçin şəxsi təyyarəsi ilə Londona uçacaq.

 

Kolumbiya millisinin üzvü İngiltərə paytaxtında rəsmi müqavilə imzalayacaq. O, ötən gün qızı ilə birgə Florensiya təmsilçisinin bazasına baş çəkərək, “bənövşələr”in futbolçuları ilə vidalaşıb.

 

Qeyd edək ki, “Fiorentina”nın baş məşqçisi Vinçenzo Montelle də “Daily Mail” nəşrinə Kuadradonun “Çelsi”yə keçdiyini təsdiqləyib.

0