[b]Millimizin rəqibinin İngiltərə ilə oyununun məkanı bəlli oldu[/b]
31.01.2015 - 01:16
[b]Millimizin rəqibinin İngiltərə ilə oyununun məkanı bəlli oldu[/b]

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində millimizin rəqibi İtaliya yığmasının İngiltərə ilə keçirəcəkləri yoldaşlıq oyununun məkanı bəlli olub. Apasport.az xəbər verir ki, qarşılaşma Turin şəhərinin “Yuventus” stadionunda baş tutacaq.

 

Bu haqda İngiltərə Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb. Qarşılaşma martın 24-də keçiriləcək. Bu görüşdən 4 gün sonra Antonio Kontenin komandası AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Bolqarıstanla üz-üzə gələcək. İngiltərə isə Litva ilə münasibətlərinə aydınlıq gətirəcək.

 

Qeyd edək ki, bu komandalar sonuncu dəfə DÇ-2014-ün qrup mərhələsində qarşılaşıb. Həmin görüşdə rəqibimiz 2:1 hesabı ilə qalib gəlib.

0