“Qəbələ” “Bakı” ilə bacarmadı, “Simurq”dan böyükhesablı qələbə
31.01.2015 - 16:33
“Qəbələ” “Bakı” ilə bacarmadı, “Simurq”dan böyükhesablı qələbə

Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında XIX tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, bu gün keçirilən oyunlardan sonra ilk “üçlükdə” dəyişiklik olub.

 

Belə ki, qış fasiləsinə lider kimi yollanan “Xəzər Lənkəran”ın aparıcı oyunçuları əsas komandaya keçdiyindən böyükhesablı məğlubiyyətdən qaça bilməyib. Cənub təmsilçisini 6:0 hesabı ilə məğlub edən “Simurq” ikinci pilləyə yüksəlib. Turun startında “İnter”in də qalib gəlməklə birinci pilləni ələ keçirməsi “ağ-yaşıllar”ın üçüncü yerə enməsi ilə nəticələnib.

 

Günün digər - “Bakı” - “Qəbələ” matçı isə başladığı hesabla da yekunlaşıb.

“Bakı” - “Qəbələ” - 0:0

“Simurq” - “Xəzər Lənkəran” – 6:0
Qollar:
Rüstəm Məmmədov, 21; Oruc Balaşlı, 26(p.), 29, 41(p.); Dəyanət Əsilli, 67; Kənan Müslümov, 90

 

 

N

Klublar

O

Q

H

M

T-F

X

1

İnter

17

10

3

4

41-22

33

2

Simurq

17

10

2

5

38-17

32

3

Xəzər Lənkəran

16

10

2

4

27-19

32

4

Qəbələ

17

9

4

4

26-23

31

5

Qarabağ

16

7

1

8

25-27

22

6

AZAL

16

5

6

5

19-20

21

7

Neftçi

16

4

4

8

19-29

16

8

Bakı

17

4

2

11

27-32

14

9

Sumqayıt

17

2

4

11

18-45

10

10

Araz Naxçıvan

0

0

0

0

0-0

0

 

 

0