[b]Tərlan Əhmədov: Qələbə bütün pislikləri yaddan çıxarır[/b]
31.01.2015 - 17:43
[b]Tərlan Əhmədov: Qələbə bütün pislikləri yaddan çıxarır[/b]

“Gözəl oyun münasibəti ilə hər iki komandanı təbrik edirəm. Xüsusən də, sonluq dramatik alındı”. Apasport.az saytının məlumatına görə, bunu Topaz Premyer Liqasının XIX turu çərçivəsində “Neftçi” ilə oyundan sonra AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.

 

Gənc mütəxəssis 2:1 hesabı ilə qalib gəlmələrini qələbə istəklərinin daha çox olması ilə əlaqələndirib: “Düzdür, biz ölkə xaricində toplanış keçə bilmədik. Buna baxmayaraq, komanda formalaşdıra bildik. Bu gün qələbə istəyimiz çox idi. Qarşıda vacib oyunlarımız var. “Neftçi” ilə məcburiyyətdən addım atmışdım. Viktor tam hazır olmasa da, oynadı. Edu və Oskarsın yoxluğunu hiss etdirmədilər. Həmişə demişəm, yenə sözümdə dururam - əvəzolunmaz yox, təkrarolunmaz futbolçu var”.

 

Əhmədov bildirib ki, bütün komandalara eyni yanaşdığından rəqibləri fərqləndirmir: “Bütün komandalara eyni gözlə baxıram. Qələbə bütün pislikləri yaddan çıxarır. Amma nəticədən asılı olmayaraq, mən futbolçularımdan həmişə gözəl oyun tələb edirəm. Hazırda güclü rəqib, zəif rəqib anlayışı yoxdur. Bütün rəqiblərə hörmətlə yanaşmaq lazımdı".

Mənbə: pfl.az

0