[b]"Qəbələ" qalib gəldi, “Xəzər Lənkəran” yenildi[/b]
01.02.2015 - 18:52
[b]"Qəbələ" qalib gəldi, “Xəzər Lənkəran” yenildi[/b]

Bu gün Topaz Premyer Liqasında XIX turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, turun son matç günü paytaxtda başlayıb.

 

Belə ki, “Qəbələ” autsayder “Bakı”nın qonağı olub. Yeni baş məşqçisi Roman Qriqorçukla ölkə çempionatında ilk oyununa çıxan “qırmızı-qaralar” qələbə qazanıb. Fasiləyə qədər hesabı aça bilməyən qonaqlar 56-cı dəqiqədə Cavid Hüseynovun penaltidən vurduğu qola sevinib. Hesabı bərabərləşdirmək istəyən paytaxt klubu qapısından keçən növbəti topa üzülüb. Bu dəfə 86-cı dəqiqədə Vüqar Bəybalayev avtoqola imza atıb.

 

Beləliklə, səfərdə 0:2 hesabı ilə qalib gələn “Qəbələ” turnir cədvəlində 5-ci sıraya yüksəlib.

 

Turun son matçı isə Zaqatalada baş tutub. Orta sıralarda qərarlaşan “Simurq” “Xəzər Lənkəran”ı qəbul edib. Qış təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində keçirən hər iki komandanın görüşündə də azarkeşlər 2 qol izləyib. Qış “transfer pəncərəsi”ndə Cənub təmsilçisindən “Simurq”a keçən Elnur Abdullayev 51-ci dəqiqədə sabiq komandasını cəzalandırıb. “Ağ-yaşıllar” birinci qolun şokundan ayılmamış 9 dəqiqə sonra növbəti dəfə mərkəzdən başlamağa məcbur olub - 2:0.

 

Qeyd edək ki, açılış matçında “İnter” “Sumqayıt”la qolsuz bərabərə qalıb, AZAL “Neftçi”yə qalib gəlib - 2:1. Lider “Qarabağ” isə istirahət edib.

 

 

Topaz Premyer Liqası

XIX tur

01 fevral (bazar)

“Simurq” – “Xəzər Lənkəran” - 2:0

QOLLAR: Elnur Abdullayev, 51, Rəşad Eyyubov, 60
Hakimlər: Ramil Diniyev, Vaqif Musayev, Elman Musayev, Xəlil Xəlilov

İlk 2 dövrədəki oyunlar: 2:0, 1:2
Zaqatala şəhər stadionu

 

SİMURQ: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 3. Adam Banaş, 4. Xuan Alberto, 6. Samir Zərgərov, 10. Rəşad Eyyubov, 11. Draqan Çeran, 14. Vüqar Mustafayev , 18. Tural Axundov, 26. Benjamin Lambot, 88. Marko Stanoyeviç

Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 5. Vadim Abdullayev, 7. Elnur Abdullayev, 8. Patrik Osiako, 9. Mirzağa Hüseynpur, 15. Stepan Polyak, 20. İdan Vaytsman

Baş məşqçi: George Çixradze

 

XƏZƏR LƏNKƏRAN: 19. Vyekoslav Tomiç, 7. Sadio Tounkara, 8. Elşən Rzazadə, 10. Ağabala Ramazanov, 12. İlyas Səfərzadə, 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov, 63. Alfred Sanko, 72. Elvin Mirzəyev, 96. Anar Babazadə, 97. Elnur  Cəfərov

Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 9. Bəhruz Teymurov, 11. Nurxan Mənsimzadə, 17. Kazım Kazımlı, 42. Kamran Abdullazadə, 34. Elnur İsmayılov, 99. Maqsum Qəmbərli

Baş məşqçi: Elbrus Məmmədov

 

 

“Bakı” – “Qəbələ” - 0:2

QOLLAR:  Cavid Hüseynov, 56-pen, Vüqar Bəybalayev, 86-avtoqol
Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Rza Məmmədov, Ramil Əhmədov

İlk 2 dövrədəki oyunlar: 0:2, 1:1
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

 

BAKI: 12. Elxan Əhmədov 6. Vüqar Bəybalayev 15. Azad Kərimov 21. Elşad Manafov 2. Nicat Əsgərov 99. Kamil Nurəhmədov 56. Qeyrət Əliyev 7. Nuran Qurbanov 10. Nurlan Novruzov  11. Tural Qürbətov 85. Jaba (k)

Ehtiyat oyunçular: 1. Elçin Sadıqov 4. Ülvi Süleymanov 54. Mətin Əbilsoy 16. Rüstəm Rüstəmli 77. Ramazan Abbasov 9. Raul Yaqubzadə 45. Mahir Mədətov

Baş məşqçi: İbrahim Uzunca

 

QƏBƏLƏ: 22. Dmitri Bezotosnı 4. Elvin Camalov 6. Rəşad Sadiqov 7. Ruslan Əmircanov 14. Cavid Hüseynov 15. Ruslan Abışov (k) 18. Ruslan Fomin  19. Aleksey Qay 27. Bəxtiyar Soltanov 34. Urfan Abbasov 44. Rafael Santos

Ehtiyat oyunçular: 30. Anar Nəzirov 5. Sadiq Quliyev 9. Viktor Mendi 16. Ruslan Tağızadə 25. Adrian Ropotan 32. Mixail Sivakov 90. Ekiqo Ehiosun

Baş məşqçi: Roman Qriqorçuk

 

 

1.

Qarabağ

16

10

4

2

29:17

34

2.

İnter

17

7

9

1

26:7

30

3.

Neftçi

16

7

5

4

20:14

26

4.

Simurq

17

7

3

7

27:22

24

5.

Qəbələ

17

5

7

5

21:24

22

6.

Xəzər Lənkəran

17

5

5

7

22:22

20

7.

AZAL

16

5

5

6

20:26

20

8.

Sumqayıt

17

4

4

9

19:27

16

9.

Bakı

17

2

4

11

13:38

10

0