[b]“Qarabağ”ın sabiq futbolçusu özünə yeni klub tapdı - FOTO[/b]
02.02.2015 - 00:25
[b]“Qarabağ”ın sabiq futbolçusu özünə yeni klub tapdı - FOTO[/b]

"Qarabağ"ın sabiq hücumçusu İnnosent Emeqara özünə yeni klub tabıb. Apasport.az saytının məlumatına görə, 25 yaşlı forvard karyerasını bundan sonra Amerika MSL liqasında davam etdirəcək.

 

Nigeriya əsilli isveçrəli futbolçu "San-Xose Ertkeyks"ə keçib. O, ABŞ klubu ilə müqavilə imzalayıb.

 

Qeyd edək ki, ötən ilin sonlarında "Qarabağ"a “Livorno”dan transfer olunan İnnosent Emeqara Topaz Premyer Liqasında 8 oyunda meydana çıxıb və rəqib qapılarından 5 top keçirib.

0