Çempionlar Liqasının 1/8 final matçları üçün hakim təyinatları açıqlandı
22.02.2015 - 22:40
Çempionlar Liqasının 1/8 final matçları üçün hakim təyinatları açıqlandı

Çempionlar Liqasının 1/8 final mərhələsinin fevralın 24-də keçiriləcək iki oyunu üçün hakimlər bəlli olub. Apasport.az saytının məlumatına görə, UEFA “Mançester Siti” – “Barselona” matçını almaniyalı Feliks Brixin rəhbərlik etdiyi hakimlər briqadasına tapşırıb.

 

Eyni gündə baş tutacaq “Yuventus” – “Borussiya” qarşılaşmasını isə ispaniyalı baş hakim Antonio Migel Metue Laos idarə edəcək.

 

Qeyd edək ki, Laos daha əvvəl turnirin qrup mərhələsində “Sportinq" – “Çelsi” (0:1), "Qalatasaray" — "Borussiya" D (0:4) və "Ludoqoretes" — "Liverpul" (2:2) görüşünə təyinat almışdı. 

0