"Barselona" yarımmüdafiəçisi ilə müqavilənin müddətini uzatdı
26.02.2015 - 20:10
"Barselona" yarımmüdafiəçisi ilə müqavilənin müddətini uzatdı

"Barselona" yarımmüdafiəçisi Serxio Busketslə müqavilənin müddətini uzadıb. Apasport.az saytının məlumatına görə, Kataloniya klubu 26 yaşlı futbolçu ilə 4+1 illik yeni müqavilə imzalanıb.

 

Onun təzminat qiyməti isə 80 milyon avrodan 175 milyon avroya yüksəldib.

 

Qeyd edək ki, "Barselona"nın yetirməsi olan Buskets 2007-ci ildən əsas komandada forma geyinir. 

0