[b]“Feyenoord” - “Roma” matçı 22 dəqiqə dayandırıldı - YENİLƏNİB[/b]
27.02.2015 - 01:40
[b]“Feyenoord” - “Roma” matçı 22 dəqiqə dayandırıldı - YENİLƏNİB[/b]

Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Feyenoord” – “Roma” matçı dayandırılıb. Apasport.az saytının məlumatına görə, buna hollandiyalı azarkeşlərinin stadiondakı davranışı səbəb olub.

 

Belə ki, 56-cı dəqiqədə İtaliya klubunun 0:1 hesabı ilə öndə olduğu qarşılaşmanın baş hakimi  Kleman Turpen görüşü saxlamaq məcburiyyətində qalıb. Aranın sakitləşməməsini görən referi futbolçuları paltar soyunma otaqlarına aparıb.

 

Lakin 22 dəqiqədən sonra oyun yenidən davam edib.

0