[b]“Qəbələ”də yerli futbolçu qıtlığı: Cavid Hüseynov da oynamayacaq[/b]
27.02.2015 - 17:14
[b]“Qəbələ”də yerli futbolçu qıtlığı: Cavid Hüseynov da oynamayacaq[/b]

Topaz Premyer Liqasının XXIV turu çərçivəsində “Qarabağ”la qarşılaşacaq “Qəbələ” daha bir futbolçusunu itirib. Klubdan apasport.az saytına verilən məlumata görə, milli üzvü Cavid Hüseynov da kollektivdən ayrı qalıb.

 

Rəşad Sadiqov və Ruslan Əmircanovun xidmətindən məhrum qalan şimallıların baş məşqçisi Roman Qriqorçuk “Qarabağ”la matçda Hüseynovu da oynada bilməyəcək. Həkimlər yığma komandanın Antalyadakı təlim-məşq toplanışı zamanı zədələnən 27 yaşlı yarımmüdafiəçini Azərbaycan Kuboku çərçivəsində “Simurq”la martın 4-də keçiriləcək görüşə yetişdirməyə çalışırlar.

 

Qeyd edək ki, “Qarabağ” – “Qəbələ” oyunu sabah saat 17:00-da start götürəcək.

0