[b]Blatter dünya çempionatından narazıdı[/b]
28.02.2015 - 00:03
[b]Blatter dünya çempionatından narazıdı[/b]

FİFA prezidenti Yozef Blatter 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatı ilə bağlı narazılığını dilə gətirib. Apasport.az saytı xəbər verir ki, prezident konkret olaraq mundialın təqvimindən narazı olduğunu bildirib.

 

Blatter DÇ-2022-nin təyin edilən tarixdən tez başa çatmalı olduğunu ifadə edib: "2022-ci ildəki dünya çempionatı dekabrın 23-dək davam etməməlidi. Mən bu təqvimdən narazıyam. Çempionat dekabrın 18-dən gec bitməməlidi".

 

Qeyd edək ki, bu yaxınlarda DÇ-2022-nin 26 noyabr - 23 dekabr tarixlərində keçirilməsi qərara alınıb.

 

0