Qaret Beylin taleyinə aydınlıq gəldi
28.02.2015 - 00:12
Qaret Beylin taleyinə aydınlıq gəldi

"Real"ın zədəli futbolçuları bir-bir sıraya dönür. Apasport.az saytı xəbər verir ki, "kral klubu"nun azarkeşlərinə növbəti şad xəbər Qaret Beyldən gəlib.

Artıq zədəsini sağaldan uelsli yarımmüdafiəçi kollektivlə birgə məşqlərə qoşulub. Beyl martın 1-də İspaniya La Liqasının XXV turu çərçivəsində "Vilyareal"la qarşılaşmada məşqçilər korpusunun ixtiyarında olacaq.

Qeyd edək ki, "Real"ın digər zədəli futbolçuları Sami Xedira və Luka Modriç də artıq kollektiv məşqlərə qoşulublar. Hazırda komandadan ayrı qalan yeganə oyunçu Hames Rodrigesdi.

 

0