[b]7-ci zəfər[/b]
02.03.2015 - 00:24
[b]7-ci zəfər[/b]

“Çelsi” İngiltərə Liqa kubokunun finalında “Tottenhem”i 2:0 hesabı ilə məğlub edərək, 2015-ci ildə ilk mükafatına sahib olub. Apasport.az saytının məlumatına görə, 2013-cü ilin yayında “zadəganlar”ın “sükanı arxası”na gətirilən baş məşqçi Joze Mourinyo 2-ci qayıdışından sonra birinci qənimətini əldə edib.

 

Bununla da portuqaliyalı çalışdırıcı “göylər”lə birlikdə 7-ci kubokunu qazanıb. Mourinyo Liqa kubokuna 3 dəfə (2005, 2007, 2015), Premyer Liqaya 2 dəfə (2004/05, 2005/06), Super kuboka (2005) və İngiltərə kubokuna 1 dəfə (2007) yiyələnib.

 

Xatırladaq ki, bu, klubun tarixində beşinci mükafat (1965, 1998, 2005, 2007, 2015) olub. London təmsilçisi qələbələrin ümumi sayına görə “Aston Villa” ilə çatıb və yalnız “Liverpul”dan geri qalır – 8 dəfə.

 

Qeyd edək ki, Joze Mourinyo ilk dəfə 2004-2007-ci illər arasında “Çelsi”yə rəhbərlik edib.

0