Adamlar Adamla görüşdü - FOTO
02.03.2015 - 15:17
Adamlar Adamla görüşdü  - FOTO

Bu gün AFFA-nın inzibati binasında Məşqçilər Komitəsinin üzvləri 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Nikolay Adamla görüşüb. Apasport.az saytının məlumatına görə, yığıncaqda U-19 yığmamızın Finlandiya və İrlandiyada keçirilmiş təlim-məşq toplanışları ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Komitə üzvləri baş məşqçi ilə Avropa çempionatının elit-raund mərhələsinə hazırlığı da ətraflı müzakirə edib. Görüş iştirakçıları hazırlıq çərçivəsində keçirilən yoxlama oyunları ilə bağlı fikirlərini bildiriblər.

 

Qeyd edək ki, yığmamız Finlandiya millisi ilə 2 heç-heçə edib (2:2, 1:1), irlandiyalı həmyaşıdlarına hər iki matçda (0:6, 0:2) uduzub.

 

Mənbə: affa.az

0