Yığmamız Bəhreynlə qarşılaşacaq
04.03.2015 - 10:33
Yığmamız Bəhreynlə qarşılaşacaq

21 yaşadək qızlardan ibarət Azərbaycan yığması beynəlxalq turnirdə iştirak edəcək. Apasport.az saytının məlumatına görə, millimiz Kiprin Pafos şəhərində UEFA-nın təşkil etdiyi turnirdə qüvvəsini sınayacaq.

 

Patrisiya Qonzalesin yetirmələri Malta, Kipr və Bəhreyn milliləri ilə görüşəcək. Rəqiblərimizin hər üçün yarışa əsas yığma ilə qatılacaq.

 

Millimiz martın 12-də Malta, ertəsi gün Bəhreyn, 15-də isə Kiprlə qarşılaşacaq.

0