“Qarabağ” Azərbaycanın qürurudu”
04.03.2015 - 19:30
“Qarabağ” Azərbaycanın qürurudu”

"Birinci hissədə bir qədər həyəcanlı görsənirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı”nın baş məşqçisi İbrahim Uzunca deyib.

 

Türkiyəli mütəxəssis Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ”a 3:0 hesabı ilə uduzmalarına şərh verib: “Təşvişə düşdük və qollar buraxdıq. İkinci hissədə isə toparlanıb, daha cəsarətli oynadıq, öz oyunumuzu tapdıq. "Qarabağ" çox güclü komandadı. Azərbaycanın qürurudu. Futbolçularıma təşəkkür etmək istəyirəm. Əlindən gələni etdilər”. (pfl)

0