[b]“Qəbələ”nin məğlubiyyətsiz oyunlar seriyası qırıldı[/b]
04.03.2015 - 22:36
[b]“Qəbələ”nin məğlubiyyətsiz oyunlar seriyası qırıldı[/b]

Ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində doğma azrkeşləri önündə “Simurq”a 0:3 hesabı ilə uduzan “Qəbələ”nin kubokdakı məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, “qırmızı-qaralar” sonuncu dəfə 1457 gün öncə - 2011-ci il martın 8-də “Bakı” ilə səfər matçında meydanı üzgün tərk edib.

 

Ardıcıl 13 görüşdə və 3 mövsümü uduzmadan başa vuran Qəbələ təmsilçisi iki dəfə rəqibinin səfər qoluna, 1 dəfə penaltilər seriyasına məyus olub.

 

Qeyd edək ki, 1/4 final mərhələsinin cavab oyunları martın 13-də keçiriləcək.

0