[b]“Amnesty International”: Təşkilat I Avropa Oyunlarını boykot etməyə çağırmayıb[/b]
06.03.2015 - 14:56
[b]“Amnesty International”: Təşkilat I Avropa Oyunlarını boykot etməyə çağırmayıb[/b]

Təşkilat bu barədə yayılan məlumatları təkzib edib


 

"Amnesty International" Bakıda keçiriləcək I Avropa Oyunlarını boykot etməyə çağırmayıb. Apasport.az saytının xəbərinə görə, bunu "Amnesty International"ın Avropa və Mərkəzi Asiya bölməsinin rəhbəri Con Dalusen bəyan edib.

 

Təşkilatın bununla bağlı yaydığı açıqlamada qeyd olunub ki, "Amnesty International"-ın sonuncu məruzəsi çıxandan sonra Azərbaycan və Ermənistan mətbuatında təşkilatın I Avropa Oyunlarını boykot etməyə çağırması ilə bağlı məlumatlar yayılıb: "Təşkilat nə məruzədə, nə əlavə edilən press-relizdə, nə də bu məruzə ilə bağlı KİV-lərə hər hansı müsahibədə Oyunları boykot etməyə çağırıb".

 

Qeyd edək ki, bir neçə gün öncə bəzi KİV-lər "Amnesty International"ın  Bakıda keçiriləcək I Avropa Oyunlarını boykot etməyə çağırması barədə məlumat yayıb.

 

0