Dieqo Kosta Simeone ilə Mourinyonu müqayisə etdi
26.03.2015 - 20:24
Dieqo Kosta Simeone ilə Mourinyonu müqayisə etdi

“Onlar çox aspektlərdə oxşardı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Çelsi”nin hücumçusu Dieqo Kosta deyib.

 

Braziliya əsilli ispaniyalı futbolçu “Atletiko”nun baş məşqçisi Dieqo Simeone və London klubunun çalışdırıcısı Joze Mourinyonu müqayisə edib: “Dieqo Simeone və Joze Mourinyo futbolda eyni xəyala malikdirlər. Portuqaliyalı mütəxəssis çox illər boyunca qalib gəlirdi və indi artıq böyük təcrübə toplayıb. Hazırda bunu Simeoneyə də şamil etmək olar. Onlarda eyni ambisiyalar və eyni baxışlar mövcuddu”.

 

Xatırladaq ki, Dieqo Kosta ötən yay “Atletiko”dan “Çelsi”yə keçib. O, 2013/2014 mövsümündə Dieqo Simeonenin rəhbərliyi altında İspaniya La Liqasını qazanıb.

0