[b]Rəşad Sadıqov: Boynumuzda yükdü ki, sabah qalib gəlməliyik - MÜSAHİBƏ[/b]
27.03.2015 - 21:00
[b]Rəşad Sadıqov: Boynumuzda yükdü ki, sabah qalib gəlməliyik - MÜSAHİBƏ[/b]

“Sabahkı oyuna hazırıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri bu gün keçirilən mətbuat konfransında Azərbaycan yığmasının müdafiəçisi Rəşad Sadıqov deyib.

 

Təcrübəli futbolçu sabah Malta ilə keçiriləcək oyun haqda fikirlərini bildirib: “Asan keçməyəcək. Rəqibin Gürcüstanla oyununu analiz etdik. Yaxşı müdafiə olunurlar. Əks-hücuma keçirlər. Çalışacağıq ki, onlara imkan verməyək, qələbə qazanaq”.

 

- Prosineçkinin oyun stilinə tam uyğunlaşa bilmisizmi?

- Hamı milliyə görə birləşməlidi. Bizim sizin dəstəyinizə ehtiyacımız var. Sizi də başa düşürəm. Amma bizi oyundan sonra tənqid etsəz, yaxşı olar. Azarkeşləri də çağırıram ki, bizə dəstək olsunlar. Asan oyun olmayacaq. Rəqibi şişirtmirəm. Boynumuzda yükdü ki, sabah qalib gəlməliyik. Amma hər şeyə hazır olmaq lazımdı. Biz futbolçular buna çalışırıq. Təzə məşqçi gəlib. Hər futbolçu bu dəqiqə məşqdə özünü “dağıdır”, hamı oynamaq istəyir. Malta Bolqarıstanla heç-heçə oynayıb. Onlar psixoloji cəhətdən bizdən üstündülər. Amma Allaha dua edirəm ki, sabah hər şey məşqçimizin fikirləşdiyi kimi getsin. Bizim inama, qələbəyə çox ehtiyacımız var. Təzə səhifəyə başlayırıq.

 

- Sabahkı oyundakı uğursuzluq sizin üçün faciə sayılacaq, ya yox?

- Məğlub olmaq haqda düçünmürük. Amma futbolda 3 nəticə var və hər biri qeydə alına bilər.

0