Xavi DÇ-2022-də Qətər millisini çalışdıracaq?
27.03.2015 - 22:03
Xavi DÇ-2022-də Qətər millisini çalışdıracaq?

“Barselona”nın yarımmüdafiəçisi Xavi Hernandes bu gün Qətərin paytaxtı Doha şəhərinə gəlib. Apasport.az saytının məlumatına görə, təcrübəli oyunçu sözügedən ölkənin futbol federasiyasının strateji planları ilə tanış olub.

 

Xaviyə 2022-ci ildə keçiriləcək dünya çempionatında Qətər milli komandasının baş məşqçisi vəzifəsi təklif edilib.

 

Qeyd edək ki, daha əvvəl İspaniya mətbuatı iddia edir ki, Xavi cari mövsümün sonunda Qətərin “Əl-Sədd” klubuna keçəcək. 35 yaşlı futbolçu Asiya təmsilçisi ilə 3 illik müqavilə də imzalayıb. O, yeni klubunda illik 10 milyon avrro maaş alacaq və Qətərdə çıxış etdiyi müddətdə məşqçi lisenziyasını almağı planlaşdırır. Bundan başqa, Hernandes sözügedən ölkənin yerli futbol akademiyasında məsləhətçi vəzifəsində işləyəcək.

0