[b]Berti Foqts ABŞ millisində![/b]
28.03.2015 - 10:11
[b]Berti Foqts ABŞ millisində![/b]

Azərbaycan yığmasının sabiq baş məşqçisi Berti Foqts özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis bundan sonra ABŞ millisində məşqçilər korpusunun məsləhətçisi kimi fəaliyyət göstərəcək.

 

Bu barədə açıqlama verən ABŞ yığmasının baş məşqçisi Yurgen Klinsmann həmyerlisinin onlara böyük köməyinin dəyəcəyini düşünür: “Bizim Berti Foqtsla ötənilki dünya çempionatında gözəl işbirliyimiz alınmışdı. Onun biliyinə və təcrübəsinə çox ehtiyacımız var”.

 

Qeyd edək ki, Foqts ötən ilin yayında hələ yığmamızın baş məşqçisi postunu tutarkən dünya çempionatında ABŞ millisində məsləhətçi kimi çalışmışdı. Almaniya millisi 1996-cı ildə Avropa çempionu olanda komandanın baş məşqçisi Berti Foqts, kapitanı isə Yurgen Klinsmann olub.

0