Prezident açıqladı: Luçesku “Fənərbaxça”ya keçir
28.03.2015 - 13:34
Prezident açıqladı: Luçesku “Fənərbaxça”ya keçir

Rumıniya Futbol Federasiyasının prezidenti Mirça Sandu “Şaxtyor”un baş məşqçisi Mirça Luçesku ilə bağlı maraqlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, federasiya prezidenti Luçeskunun gələn mövsümdən “Fənərbaxça”nı çalışdıracağını iddia edib.

 

Onun sözlərinə görə, hazırda danışıqlar aparılır və Türkiyə klubu təcrübəli mütəxəssisə sərfəli təklif edib: “Luçesku “Fənərbaxça”dan çox yaxşı təklif alıb. Deyəsən o, yayda “Şaxtyor”dan ayrılacaq. Türkiyə klubu onu baş məşqçi postuna gətirməkdə israrlıdı. Yəqin ki, Luçesku mövsümün sonunda “Şaxtyor”la ayrıldıqdan dərhal sonra “Fənərbaxça” ilə rəsmi müqavilə imzalayacaq”.

 

Qeyd edək ki, Luçesku bir neçə gün əvvəl Ukraynada yaşamağın təhlükəli olduğunu və mövsümün sonunda “Şaxtyor”dan ayrılacağını açıqlamışdı.

0