[b]Sabiq “İnter”li: Azərbaycanda çox şey öyrəndim[/b]
28.03.2015 - 13:56
[b]Sabiq “İnter”li: Azərbaycanda çox şey öyrəndim[/b]

“Gürcüstan, Almaniya və Azərbaycanda futbol oynadım, hər birindən peşəkar səviyyədə çox şey öyrəndim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakı “İnter”inin sabiq yarımmüdafiəçisi Aleksandr İaşvili deyib.

 

Almaniya mətbuatına geniş müsahibə verən gürcüstanlı keçmiş futbolçu gələcək planlarından da danışıb: “Olduğum ölkələrdə güclü məşqçilərlə birlikdə çalışdım. Bu sahəyə az-çox bələdəm. Düzdü, məşqçilik lisenziyası üçün sənədlərimi təqdim etmişəm. Amma məşqçi olmaq istəmirəm. Almaniyada idman menecmentliyi sahəsində təhsil alıram. Təhsilimi tamamladıqdan sonra Gürcüstan futbolu üçün çalışmağa başlayacam. Bu il Levan Kobiaşvili federasiya prezidentliyinə namizədliyini irəli sürəcək. Onunla yaxın dostluğumuz var. Birlikdə futbolumuzun inkişafı üçün çalışa bilərik”.

 

Qeyd edək ki, Aleksandr İaşvili ötən mövsümün sonunda “İnter”dən ayrılaraq futbolçu karyerasını bitirmişdi.

0