“Barselona”nın zədəli futbolçusu debütə hazırdı
28.03.2015 - 14:26
“Barselona”nın zədəli futbolçusu debütə hazırdı

“Barselona” mövsümün əvvəlində “Arsenal”dan transfer etdiyi Tomas Vermalendən şad xəbər alıb. Apasport.az saytı xəbər verir ki, Belçika millisinin müdafiəçisi artıq zədəsini sağaldıb.

 

30 yaşlı futbolçunun həkimi bildirib ki, Vermalenin artıq heç bir problemi qalmayıb və o, ən geci iki həftədən sonra məşqçilər korpusunun ixtiyarında olacaq.

 

Qeyd edək ki, bu mövsüm zədəsini sağaltmaqla məşğul olan Vermalen hələ “Barselona”da debüt etmək imkanı əldə etməyib.

0