Gəncə və Qusarda böyük hesab
28.03.2015 - 17:50
Gəncə və Qusarda böyük hesab

Futbol üzrə I divizionda XXI turun daha iki oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, bu gün Gəncədə və Qusarda görüşlər baş tutub.

 

“Neftçala” “Kəpəz”in qonağı olub və rəqibini böyük hesabla məğlub edərək, liderliyini qoruyub. “Şahdağ” isə doğma meydanında “Göyəzən”in qapısından 3 cavabsız top keçirib. Bu qələbə “Şahdağ”ı 7-ci pilləyə yüksəldib.

 

“Kəpəz” – “Neftçala” – 1:4
Qollar: İlkin Verdiyev, 39 - Fərmayıl Əliyev, 7, 37, 84; Məhəmməd Xəlilov, 57

 

“Şahdağ” - “Göyəzən” – 3:0
Qollar: Natiq Abbasov, 38; Tural Mustafazadə, 40; Zeynal Hacıyev, 60

0