[b]Petro Qedin: Onda da Azərbaycan yığması yaxşı oynamışdı[/b]
28.03.2015 - 23:20
[b]Petro Qedin: Onda da Azərbaycan yığması yaxşı oynamışdı[/b]

“Futbol riyaziyyat deyil. Qələbə də var, məğlubiyyət də. 2 top fərqi ilə uduzduq. Amma biz məğlubiyyətə layiq deyildik”. Apasport.az saytının xəbərinə görə, bu sözləri Malta yığmasının baş məşqçisi Petro Qedin deyib.

 

AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində az öncə millimizə 0:2 hesabı ilə uduzan Malta yığmasının çalışdırıcısı oyundan sonra keçirilən mətbuat konfransında məğlubiyyəti şərh edib: “Öz səhvlərimizdən uduzduq. Azarkeşlərin də rəqibə köməyi oldu. Birinci hissədə biz yaxşı oynamadıq, erkən qol buraxdıq. Sistemimizi tapa bilməmişdik. Boşluqlar verirdik. İkinci hissədə 4-4-2 taktiki düzülüşünə keçdik. Fasilədən sonra yaxşı oynadıq”.

 

- Azərbaycan yığmasının hansı cinahı daha təhlükəli idi?

- Mən deyərdim ki, rəqibin hər iki  - sağ və sol cinahı çox yaxşı oynayırdı. Rəqibin cinahlarında boşluq görmədim.

 

- Azərbaycan 2013-cü ildə yoldaşlıq oyununda Maltaya qalib gəlib. Həmin milli ilə indiki Azərbaycan yığması arasında nə kimi fərq gördünüz?

- Fərq ondadı ki, keçən dəfə bizim futbolçularda fiziki problem var idi. O vaxt da Azərbaycan yığması yaxşı oynamışdı.

 

- Hakimin idarəçiliyi barədə nə deyə bilərsiz?

- Müsbət fikirdəyəm. Başqa bir söz deyə bilmərəm.

0