[b]150-ci qol[/b]
29.03.2015 - 01:02
[b]150-ci qol[/b]

Azərbaycan millisi tarixində 150-ci qolunu vurub. Apasport.az saytının məlumatına görə, ilk matçını 1992-ci ildə keçirən komandamız 150-yə 212-ci matçında çatıb.

 

AVRO-2016-nın seçmə mərhələsinin Malta ilə ev oyununadək 148 topa sevinən yığmamız 2:0 hesabı ilə qalib gəlməklə rəqib qapılarından keçirilən topların sayında 2-ci yüzlüyü yarılayıb. Yubiley qolunu Dmitri Nazarov vurub. Millidə 2-ci dəfə fərqlənən yarımmüdafiəçi matçda sonuncu topun müəllifi olub.

 

Millinin tarixi qolları

 

1-ci qol – Nazim Süleymanov

17 sentyabr 1992. Gürcaani. YO. Gürcüstan – Azərbaycan - 6:3 (42-ci dəqiqə)

 

50-ci qol – Vadim Vasilyev

28 mart 2001. Trnava. DÇ. Slovakiya – Azərbaycan - 3:1 (3-cü dəqiqə)

 

100-cü qol – Vaqif Cavadov

11 fevral 2009. Əl-Küveyt. YO. Küveyt - Azərbaycan - 1:1 (1-ci dəqiqə)

 

150-ci qol – Dmitri Nazarov

28 mart 2015. Bakı. AÇ. Azərbaycan – Malta – 2:0 (, 90+2-ci qəqiqə)

0