[b]Belçika İsrailə qalib gəlib, zirvəni ələ keçirdi - YENİLƏNİB[/b]
01.04.2015 - 00:40
[b]Belçika İsrailə qalib gəlib, zirvəni ələ keçirdi - YENİLƏNİB[/b]

AVRO-2016-nın seçmə mərhələsində daha bir qarşılaşma keçirilib. Apasport.az saytının məlumatına görə, 3 gün davam edən V turdan cəmi 1 gün sonra azarkeşlər daha bir matça şahidlik edib.

 

Bu görüş B qrupunda baş tutub. Hərəyə 1 oyun az keçirən İsrail və Belçika liderliyə yüksəlmək üçün mübarizə aparıb.

 

Ötən tur Uelsə 0:3 hesabı ilə uduzub, zirvəni Böyük Britaniya təmsilçisinə verən İsrail millisi 3 xal qazansaydı, yenidən 1-ci pilləni ələ keçirəcəkdi. Kipri 5 qolla darmadağın edən Belçika isə qalib gəlib, zirvədə qərarlaşıb. Oyunun taleyini 1 qol həll edib. Matçın 9-cu dəqiqəsində Maruan Fellaininin vurduğu tək top Belçikaya qələbə qazandırıb.

 

 

AVRO-2016-nın seçmə mərhələsi

B qrupu

31 mart

İsrail – Belçika - 0:1

Qol: Fellaini, 9

 

1.

Belçika

5

3

2

0

13:1

11

2.

Uels

5

3

2

0

7:2

11

3.

İsrail

5

3

0

2

9:6

9

4.

Kipr

5

2

0

3

9:10

6

5.

Bosniya və Herseqovina

5

1

2

2

5:6

5

6.

Andorra

5

0

0

5

2:20

0

0