[b]Mahir Şükürovla Ruslan Abışov kapitanlıq sarğısı görməyəcək [/b]
31.03.2015 - 09:32
[b]Mahir Şükürovla Ruslan Abışov kapitanlıq sarğısı görməyəcək [/b]

Azərbaycan yığmasında vitse-kapitan dəyişikliyi baş verib. Apasport.az saytının məlumatına görə, millinin baş məşqçisi Robert Prosineçki Malta ilə oyunda şans vermədiyi Mahir Şükürovla Ruslan Abışovu bu hüquqdan məhrum edib.

 

Əvəzində “Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Rahid Əmirquliyev millinin birinci vitse-kapitanı təyin olunub. “Qarabağ”ın futbolçusu, Prosineçkinin hücum xəttində şans verdiyi Vüqar Nadirov isə ikinci vitse-kapitan funksiyasını yerinə yetirəcək. Xorvatiyalı çalışdırıcı vitse-kapitanların əsas heyətdə yer alan oyunçulardan seçilməsini lazım bilib.

 

Millinin əsas kapitanı isə dəyişməz olaraq qalacaq. Prosineçki sarğını yığmada 95 oyun keçirmiş Rəşad Sadıqovun qolundan çıxarmaq haqda düşünmür.

 

Qeyd edək ki, Rahid Əmirquliyev millinin heyətində 41, Vüqar Nadirov isə 58 matçda iştirak etsə də, heç vaxt kapitanlıq missiyasını yerinə yetirməyiblər. 76 dəfə yığmanın formasını geyinən Mahir Şükürov 11, 44 dəfə millinin heyətində meydana çıxan Ruslan Abışov isə 3 dəfə kapitanlıq sarğısını daşıyıb. Rəşad Sadıqovda isə bu göstərici 62-di. 

0