Çempionlar Liqasının qalibinə veriləcək mükafatın məbləği açıqlandı
31.03.2015 - 14:51
Çempionlar Liqasının qalibinə veriləcək mükafatın məbləği açıqlandı

Çempionlar Liqasının (ÇL) mükafat fondu bəlli olub. Apasport.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumatına görə, qitə futbol qurumu 2016-2018-ci illərdə mötəbər turnirin qalibinə veriləcək mükafatın məbləğini açıqlayıb.

 

Bu illər ərzində turniri qalib kimi tamamlayan komanda təkcə buna görə, 15 milyon avro qazanacaq. ÇL-in finalçısı isə 10 milyon avronu büdcəsinə əlavə edəcək.

 

Qeyd edək ki, Çempionlar Liqası kubokunu muzeyinə aparan komandanın bu turnirdəki ümumi qazancı 30-35 milyon avro arası təşkil edir.

0