Konte: ...Onu da milliyə çağıracam
01.04.2015 - 11:27
Konte: ...Onu da milliyə çağıracam

“Millinin qapıları hər bir futbolçunun üzünə açıqdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri İtaliya yığmasının baş məşqçisi Antonio Konte deyib.

 

AÇ-2016-nın seçmə mərhələsində millimizlə eyni qrupda yer alan “Skuadra Adzurra” dünən İngiltərə ilə yoldaşlıq matçında heç-heçə oynayıb. Görüşdən sonra açıqlamna verən Konte “Liverpul”un hücumçusu Mario Balotelli haqda danışıb: “Balotellini niyə milliyə dəvət etmədim? Mən futbolçular arasında fərq qoymuram. Əgər Mario klubunda əsas heyətdə yer alsa və yaxşı oyun göstərsə, onu da milliyə çağıracam”.

 

Qeyd edək ki, İtaliya yığmasında 2010-cu ildə debüt edən Balotelli millidə 33 oyunda 13 qola imza atıb. 

0