“Neftçi”nin Müşahidə Şurasının üzvləri “Bakı” ilə oyunda
01.04.2015 - 16:17
“Neftçi”nin Müşahidə Şurasının üzvləri “Bakı” ilə oyunda

“Neftçi” yeni rəhbər heyətinin gözü önündə ilk oyununu keçirir. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının XXVII turu çərçivəsində “Bakı”nı qəbul edən paytaxt təmsilçisinin matçını Müşahidə Şurasının üzvləri də izləyir.

 

Bu gün öncə iclas keçirən Şura üzvləri daha sonra “Bakı” ilə görüş üçün stadiona üz tutub. Hazırda başda yeni rəhbər Çingiz Abdullayev olmaqla, Müşahidə Şurasının bütün üzvləri “Neftçi” – “Bakı” qarşılaşmasını tribunadan canlı izləyir.

 

Qeyd edək ki, “Neftçi” dünən rəsmən struktur dəyişikliyi edib və prezident postunu ləğv edərək Müşahidə Şurası yaradıb.

0