[b]Səməd Qurbanov: Belə olmamalı idi[/b]
01.04.2015 - 20:45
[b]Səməd Qurbanov: Belə olmamalı idi[/b]

 “Neftçi”dən 10-15 gün qabaq təklif gəldi. Təbii ki, çox sevindim. “Neftçi” mənim doğma komandamdı. Əlimizdən gələni edəcəyik ki, klub rəhbərliyinin bizə olan etimadını doğruldaq”. Bu sözləri apasport.az saytına açıqlamasında "Neftçi"nin Müşahidə Şurasının üzvü Səməd Qurbanov deyib.

 

Veteran futbolçu birinci növbədə azarkeşləri stadiona qaytarmalı olduqlarını bildirib: “Bu gün “Neftçi”də müəyyən çatışmazlıqlar var. Bunu danmaq olmaz. Əlimizdən gələni etməliyik ki, tezliklə komandanın əvvəlki adını geri qaytaraq. Hər şey futbolçuların özlərindən asılıdı. Onlar çalışmalıdılar ki, azarkeşlər gəlib futboldan həzz alsınlar. Əvvəl stadiona 30-40 min azarkeş gəlirdi. İndi isə heç 3-4 min gəlmir”.

 

"Neftçi"nin heç bir futbolçusunun yığmaya çağırılmamasına təəssüfləndiyini bildirən Qurbanov Müşahidə Şurasının rəhbəri Çingiz Abdullayev haqda da danışıb: "Malta ilə oyunda “Neftçi”dən heç bir futbolçu milliyə çağırılmadı. Bu, mənə çox pis təsir etdi. Belə olmamalı idi. İnanıram ki, növbəti görüşlərdə bu cür hal bir də yaşanmayacaq. O ki qaldı Çingiz Abdullayevə, düzdü, o, futbol adamı deyil. Amma dünya səviyyəli yazıçıdı. Hər birimizin onun şəxsiyyətinə hörmətimiz var. Ağıllı insandı. Çingiz müəllim futbol adamı olmasa da, şurada futbol adamları da var. Biz də həmişə öz fikrimizi deyəcəyik”. 

0